Türkiyə Quru Qoşunları komandanı Naxçıvanda ƏÜO-da olub

Türkiyə Quru Qoşunları komandanı Metin Tokel Naxçıvana səfər edib, ƏÜO-da görüş keçirib, hərbi əməkdaşlıq və birgə təlimlər müzakirə olunub.

42

Martın 11-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Naxçıvan şəhərinin baş meydanında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə ehtiramını bildirib. Qonaqlar daha sonra Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərindəki abidəsini də ziyarət edərək onun əziz xatirəsini anıblar.

Nümayəndə heyəti səfər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun Qərargahında olub. ƏÜO komandanı general-leytenant Kənan Seyidov Türkiyə Quru Qoşunlarının komandanı ordu generalı Metin Tokel ilə görüşüb. Görüş zamanı protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Brifinq zalında qonaqlara Əlahiddə Ümumqoşun Ordusunun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran hədəflər barədə ətraflı məlumat verilib.

Görüş zamanı ordu generalı Metin Tokel bölgədə sabitliyin möhkəmləndirilməsi və təhlükəsizliyin tam təmin olunması məqsədilə Türkiyənin daim Azərbaycanın yanında olduğunu vurğulayıb. O, həmçinin Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq Türkiyənin Azərbaycana istənilən hərbi dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Metin Tokel iki ölkə arasındakı münasibətlərin strateji və hərbi tərəfdaşlıq baxımından möhkəm təmələ söykəndiyini qeyd edib. Səfərin sonunda birgə hərbi təlimlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı məsələlər də müzakirə olunub.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026