ABŞ İranın strateji neft adası ilə bağlı plan hazırlayıb

ABŞ-ın İranın əsas neft ixrac mərkəzi olan Xarq adası ilə bağlı mümkün planları müzakirə olunur. Ekspertlər bu adanın itirilməsinin İran iqtisadiyyatı üçün ciddi nəticələr doğura biləcəyini bildirir.

36

ABŞ ilə İran arasında gərginlik fonunda Fars körfəzində yerləşən və İran üçün strateji əhəmiyyət daşıyan Xarq adası  diqqət mərkəzinə düşüb. Ekspertlərin fikrincə, İran bu adaya nəzarəti itirsə, ölkədə vəziyyət sürətlə nəzarətdən çıxa bilər.

Məlumata görə, ABŞ administrasiyası bu adaya dair müxtəlif hərbi və siyasi ssenariləri nəzərdən keçirir. Təxminən Manhettenin üçdə biri böyüklüyündə olan bu ada İranın ən mühüm enerji infrastrukturlarından biridir və ölkənin xam neft ixracının təxminən 90%-i məhz buradan həyata keçirilir.

Analitiklər bildirir ki, adanın blokadaya alınması və ya fəaliyyətinin dayandırılması İran iqtisadiyyatına ciddi zərbə vura bilər. Bu isə həm dövlət büdcəsinə, həm də hərbi xərclərin maliyyələşdirilməsinə birbaşa təsir göstərə bilər.

Bununla yanaşı, bəzi ekspertlər belə bir addımın qlobal enerji bazarına da ciddi təsir edə biləcəyini vurğulayır. Harq adasının fəaliyyəti dayandırılarsa, neft təchizatında kəskin azalma və dünya bazarında qiymətlərin sürətlə yüksəlməsi mümkündür.

ABŞ Prezidenti Donald Tramp administrasiyasında bu adanın İran üzərində təzyiq aləti kimi istifadə edilə biləcəyi də müzakirə olunur. Lakin ekspertlər bildirir ki, belə bir əməliyyat regionda müharibənin daha da genişlənməsi riskini artırır.