Dindar insanlar daha uzun yaşayır?

Ohayo Universitetinin araşdırmasına görə, dini inanclara sahib insanlar orta hesabla 5,64 il daha uzun yaşayır. Dua, meditasiya və mənəvi praktikalər stressi azaltmağa kömək edir.

141

Din və mənəvi praktikalara bağlılıq insanın uzunömürlü olmasına müsbət təsir göstərə bilər. Bu nəticə ABŞ-nin Ohayo Universitetinin alimləri tərəfindən aparılan araşdırma zamanı ortaya çıxıb.

Tədqiqat çərçivəsində ABŞ-nin 42 ştatında yaşamış və vəfat etmiş mindən çox insanın nekroloqu təhlil edilib. Araşdırmanın nəticələrinə görə, dini inanclara sahib olan şəxslər dini inancı olmayan insanlarla müqayisədə orta hesabla 5,64 il daha uzun yaşayır.

Alimlər bu fərqi insanların həyat tərzi ilə əlaqələndirirlər. Mütəxəssislərin fikrincə, dua, meditasiya və yoqa kimi mənəvi praktikalara müraciət etmək stressin azalmasına, emosional gərginliyin idarə olunmasına və psixoloji tarazlığın qorunmasına kömək edir.

Araşdırma göstərir ki, mənəvi həyat tərzi və dini icmalarla sosial əlaqələr də insanın psixoloji vəziyyətinə müsbət təsir göstərərək sağlam və uzun ömür sürməsinə töhfə verə bilər.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.