ABŞ-da kripto qanun layihəsi tıxanıb – gələcəyi sual altındadır

Kripto şirkətləri və stabilkoin əməliyyatları üçün nəzərdə tutulan "Clarity Act" layihəsi ABŞ banklarının etirazı və Senatdakı qarşıdurmalar səbəbindən tıxanıb. Prezident Trump dəstəkləyir, gələcəyi sual altındadır.

35

ABŞ-da Kripto Maliyyə Qanunu (Clarity Act) layihəsi yeni impassaya düşüb. Banklar Ağ Evin təklif etdiyi kompromisi dəstəkləmədiklərini açıqlayıb, bu isə qanun layihəsinin bu il qəbul olunub-qəbulu ilə bağlı şübhələr yaradıb. Prezident Donald Trump bankları qanun layihəsini “zədələməyə” çalışmaqda ittiham edib.

Layihənin əsas məqsədi kripto şirkətləri və stabilkoin əməliyyatları üçün aydın qaydalar yaratmaqdır. Lakin banklar stabikoin istifadəçilərinə verilən mükafatların depozit axınını sürətləndirə biləcəyini bildirərək buna qarşı çıxır. Kripto şirkətləri isə müştəri cəlb etmək üçün bu mükafatları təklif etməli olduqlarını vurğulayır.

Layihənin qəbul edilməsi üçün Senatdakı azı 7 demokratın dəstəyi vacibdir, lakin bəzi demokratlar qanun layihəsinə seçilmiş şəxslərin kripto fəaliyyəti ilə gəlir əldə etməsini qadağan edən bəndin əlavə olunmasını istəyir. Bu bənd xüsusilə Tramp ailəsi ilə bağlıdır və ekspertlər hesab edir ki, prezident onu qanuna çevirməyəcək.

Müasir geosiyasi vəziyyət, xüsusilə, İran müharibəsi, qanun layihəsinin qəbulunu daha da çətinləşdirir. Analitiklər bildirir ki, orta müddətdə bu qanun layihəsinin qəbul olunma şansı azdır, çünki Konqres üzvləri seçki kampaniyalarına hazırlaşır.