İlham Əliyev İranın yeni Ali Rəhbəri Müctəba Xameneini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İranın yeni Ali Rəhbəri seçilən Müctəba Xameneiyə təbrik məktubu göndərib.

İlham Əliyev İranın yeni Ali Rəhbəri seçilən Müctəba Xameneiyə təbrik məktubu göndərib.

Azərbaycan Prezidentinin məktubunda Müctəba Xameneinin İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməsi münasibətilə təbriklər çatdırılıb. Dövlət başçısı həmçinin onun atası – İranın uzun illər Ali Rəhbəri olmuş Ali Khameneinin vəfatı ilə bağlı bir daha başsağlığı verib.

Məktubda qeyd olunub ki, Azərbaycan ilə Iran arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşayan xalqların iradəsinə əsaslanır. Prezident İlham Əliyev dövlətlərarası əlaqələrin xalqların maraqlarına uyğun şəkildə qarşılıqlı hörmət və etimad əsasında inkişaf etdirilməsi üçün birgə səylərin davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Azərbaycan Prezidenti məktubunda Müctəba Xameneini bir daha təbrik edərək, dost və qardaş İran xalqına sülh və əmin-amanlıq arzulayıb.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.