ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşma məsələsinə münasibət bildirərək Vaşinqtonun Tehranla yalnız “şərtsiz təslimiyyət” şərti ilə anlaşma əldə edə biləcəyini bəyan edib.
Tramp bu barədə sosial media hesabında paylaşım edərək bildirib ki, İran rəhbərliyi ilə başqa formatda razılaşma gündəmdə deyil. Onun sözlərinə görə, mövcud mərhələdə yeganə qəbul edilə bilən ssenari İranın şərtsiz şəkildə təslim olmasıdır.
ABŞ prezidenti qeyd edib ki, bundan sonra İran üçün “əla və qəbul edilə bilən” lider və ya liderlər seçiləcəyi təqdirdə ABŞ və müttəfiqləri ölkəni “məhv olmaq həddindən geri qaytarmaq” üçün birlikdə çalışacaqlar.
Trampın sözlərinə görə, ABŞ və tərəfdaşları İranın iqtisadiyyatını yenidən gücləndirmək və ölkəni daha inkişaf etmiş vəziyyətə gətirmək istiqamətində fəaliyyət göstərə bilər.
“İranın möhtəşəm gələcəyi olacaq. İranı yenidən böyük edək”, – deyə Tramp paylaşımında qeyd edib.