Putin Rusiya ordusunun sayını 2,39 milyona çatdırdı

Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin ümumi şəxsi heyət sayını 2 milyon 391 min 770 nəfərə çatdıran fərman imzalayıb.

39

Vladimir Putin Rusiya ordusunun şəxsi heyətinin sayını 2 milyon 391 min 770 nəfərə çatdırıb.

MSNews.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələrində şəxsi heyətin sayının artırılması ilə bağlı fərman imzalayıb. Sənədə əsasən, Rusiya Silahlı Qüvvələrinin ümumi şəxsi heyət sayı 2 milyon 391 min 770 nəfər müəyyən edilib.

Rusiya Dövlət Hüquqi İnformasiya Sistemində dərc olunan fərmana görə, bu göstəricinin 1 milyon 502 min 640 nəfərini hərbi qulluqçular təşkil edir. Qərar imzalandığı andan qüvvəyə minib.

Qeyd edək ki, Putin 2024-cü ildə imzaladığı əvvəlki fərmanla ordunun ümumi sayını 2 milyon 389 min 130 nəfərə, o cümlədən 1 milyon 500 min hərbi qulluqçuya çatdırmışdı.

Rusiya lideri ötən ilin sonunda Ukraynadakı müharibədə 700 mindən çox hərbçinin iştirak etdiyini açıqlamışdı. Bundan əlavə, Rusiya ordusunda Ukraynada döyüşmək üçün müqaviləli və könüllü hərbçilər də xidmət göstərir.