Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 mart 2026-cı il tarixində İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub. Dövlətimizin başçısı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir sıra mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.
Səfiri Müctəba Dəmirçilu Prezident İlham Əliyevi qarşılayıb. İlham Əliyev matəm kitabına ürək sözlərini yazaraq, İran İslam Respublikasına və xalqına həmrəylik nümayiş etdirib. Prezident səfirlə aparılan görüşdə İrana əvvəlki səfərləri zamanı Ayətullah Xamenei ilə görüşlərini həmişə xoş təəssüratlarla xatırlayacağını qeyd edib.
Səfir Müctəba Dəmirçilu başsağlığına görə minnətdarlığını ifadə edib.




