İraq Kürdüstan Regional Hökumətinin (İKRH) prezidenti Neçirvan Barzani ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
İKRH Prezident Administrasiyasının yaydığı məlumata görə, tərəflər regiondakı son hadisələri müzakirə ediblər. Söhbət zamanı ABŞ və İsrail ilə İran arasında artan qarşıdurma fonunda bölgədə gərginliyin yüksəlməsindən narahatlıq ifadə olunub.
Barzani və Makron Yaxın Şərqdə sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayaraq, gərginliyin azaldılması və mövcud problemlərin sülh və diplomatik yollarla həlli üçün beynəlxalq səylərin artırılmasının zəruriliyini qeyd ediblər.
Bildirilib ki, telefon danışığında qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib.