İranın yarı rəsmi “Fars” xəbər agentliyi ABŞ və İsrailin hücumu nəticəsində həyatını itirən İranın ali lideri Əli Xameneinin dəfn mərasimi ilə bağlı məlumat yayıb.
Məlumata görə, Xameneinin cənazəsi əvvəlcə paytaxt Tehranda keçiriləcək vida mərasimindən sonra Məşhəd şəhərinə aparılacaq. O, səkkizinci imamın məqbərəsinin yerləşdiyi İmam Rza Türbəsi kompleksində torpağa tapşırılacaq.
Bildirilir ki, mərasimlərin dəqiq vaxtı və proqramı ilə bağlı ətraflı məlumat yaxın günlərdə rəsmi qurumlar tərəfindən açıqlanacaq.
Xatırladaq ki, İran lideri 28 fevral tarixində ABŞ və İsrailin Tehranda yerləşən ofisinə endirdiyi zərbə nəticəsində həlak olub. Hadisə regionda gərginliyi daha da artırıb və beynəlxalq ictimaiyyət tərəfindən geniş müzakirə olunur.