Küveytdə ABŞ-a məxsus F-15 döyüş təyyarəsi vuruldu

Küveyt ərazisində ABŞ-a məxsus F-15 döyüş təyyarəsi vurularaq yerə düşüb. Pilot paraşütlə xilas olub. Hadisənin səbəbi hələ rəsmi təsdiqlənməyib.

40

Küveyt ərazisində ABŞ-a məxsus F-15 tipli döyüş təyyarəsi vurularaq havada məhv olub.

Təyyarənin motor hissəsi atəşə tutulduğu, bir neçə hava manevrindən sonra alov içində yerə düşdüyü görüntülərdə əks olunub. İlk məlumatlara görə pilot “ejection” (fırlanma) sistemi vasitəsilə təyyarədən çıxaraq paraşütlə yaxınlıqdakı əraziyə endikdən sonra orada Küveyt rəsmiləri tərəfindən qarşılanıb.

Hadisənin səbəbi hələ rəsmi təsdiqlənməyib; İran tərəfindən vurulduğu dəqiqləşdirilməsə də bəzi mənbələrdə texniki nasazlıq ehtimalları da müzakirə olunur.  Hadisə Yaxın Şərqdə artan hərbi gərginliyin bir hissəsi kimi qiymətləndirilir və regionda hərbi əməliyyatların genişləndiyi bir məqamda baş verib.