İranı sarsacaq iddia: Sabiq prezident İsrail hava hücumu nəticəsində öldürüldü

Sabiq İran prezidenti Mahmud Əhmədinejadın İsrail hava hücumunda öldüyünü iddia edilir. Məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməyib və təkzib olunmayıb.

45

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın İsrail tərəfindən həyata keçirilən hava hücumunda öldüyü iddia edilir.

MSNews.az-ın xəbərinə görə, İranın yarı-rəsmi “Mehr” xəbər agentliyi bu barədə məlumat yayıb.

Mahmud Əhmədinejad 2005–2013-cü illərdə İran prezidenti olmuş, sərt xarici siyasəti və İsrailə qarşı kəskin ritorikası ilə tanınan siyasi xadim idi. Onun hakimiyyəti dövründə İran ilə Qərb arasında nüvə gərginliyi, sərt sanksiyalar və daxili etirazlar kimi bir sıra böhranlar yaşanıb.

Bildirilir ki, Əhmədinejad dini lider Ayətullah Əli Xameneinin dəstəkçisi olmayan fiqurlar arasındaydı və onun adı bir çox münaqişələr və daxili siyasi qütbləşmələrlə assosiasiya olunurdu. İsrail hücumunun konkret olaraq onun hədəflənməsi ilə bağlı rəsmi təsdiq hələ yoxdur və bu məlumat hələ müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.