Sərdar Əhməd Vahidi SEPAH-ın yeni komandanı oldu

SEPAH-la əlaqəli mənbələr Sərdar Əhməd Vahidinin İnqilab Keşikçiləri Korpusunun yeni komandanı təyin edildiyini bildirib. Rəsmi açıqlama gözlənilir.

374

İranın İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yeni komandan təyin olunub. Məlumata görə, Sərdar Əhməd Vahidi qurumun rəhbəri postuna gətirilib. Bu barədə SEPAH-la əlaqəli veb-resurslar məlumat yayıb.

Hazırda rəsmi Tehran tərəfindən təyinatla bağlı geniş açıqlama verilməyib. Qeyd edək ki, SEPAH İranın hərbi və təhlükəsizlik sistemində mühüm rol oynayan əsas strukturlardan biridir və rəhbər dəyişikliyi regiondakı son gərginlik fonunda diqqətlə izlənilir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.