“Northrop B-2 Spirit” İran istiqamətinə hərəkət edir

ABŞ-a məxsus yanacaqdaşıyan təyyarələr Cəbəllütariq boğazı üzərində müşahidə edilib. Gecə saatlarında B-2 strateji bombardmançılarının əməliyyata cəlb oluna biləcəyi iddia olunur.

65

ABŞ-a məxsus B-2 strateji bombardmançı təyyarələrinin İran istiqamətində hərəkət etdiyi iddia olunur. Məlumata görə, son saatlarda ABŞ Hərbi Hava Qüvvələrinə aid bir neçə yanacaqdaşıyan təyyarə Cəbəllütariq boğazı üzərində, Sevilya aeroportunun nəzarət zonasında müşahidə edilib.

Hərbi ekspertlər qeyd edirlər ki, belə yanacaqdaşıyan təyyarələrin aktivliyi adətən uzaqmənzilli əməliyyatlara hazırlıq əlaməti sayılır. Gecə saatlarında isə ehtimal olunur ki, B-2 “stealth” bombardmançıları mümkün əməliyyata cəlb edilə bilər.

Rəsmi Vaşinqton tərəfindən hələlik məsələ ilə bağlı açıqlama verilməyib. Regionda onsuz da artan gərginlik fonunda bu cür hərəkətlilik beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930