Pakistan–Əfqanıstan sərhədində ağır itkilər: 352 hərbçi həlak olub

Pakistan qüvvələri ilə toqquşmalarda azı 352 əfqan hərbçi həlak olub, 535-dən çoxu yaralanıb. 41 obyektə hava zərbəsi endirilib, 171 zirehli texnika məhv edilib.

181

Pakistan qüvvələri ilə baş verən toqquşmalar zamanı həlak olan əfqan hərbçilərin sayı azı 352-yə çatıb, 535-dən çox hərbçi isə yaralanıb.

MSNews.az xəbər verir ki, bu barədə Pakistanın informasiya və yayım naziri Attaullah Tarar “X” sosial şəbəkəsində məlumat yayıb.

Nazirin sözlərinə görə, əməliyyatlar çərçivəsində qonşu ölkə ərazisində 41 obyektə hava zərbələri endirilib. Pakistan ordusu 130 əfqan blok-postunu məhv edib, daha 26 post isə nəzarətə götürülüb.

Bildirilib ki, Pakistan Silahlı Qüvvələri taliblərə məxsus 171-dən artıq zirehli texnika vahidini də sıradan çıxarıb. Sərhəddə vəziyyətin gərgin olaraq qaldığı qeyd olunur.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.