Məsud Pezeşkianın SON DURUMU açıqlandı

İran Prezidenti Məsud Pezeşkianın oğlunun açıqlamasına görə, ona qarşı sui-qəsd cəhdi uğursuz olub və dövlət başçısı sağdır. İsrail mediası isə İran ərazisində, o cümlədən prezident və Ali Liderin iqamətgahına yaxın 30 hədəfə zərbələr endirildiyini bildirir.

31

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian atasının durumu ilə bağlı danışıb. Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

O, M.Pezeşkianın sağ olduğunu, sui-qəsd cəhdinin uğursuzluqla nəticələndiyini bildirib. ABŞ-İsrail hücumları zamanı sui-qəsd cəhdi olduğu deyilən İran Prezidenti Məsud Pezeşkianın sağ olduğu açıqlanıb.

İsrailin “Ynet” portalına istinadən verdiyi məlumata görə, İran prezidentinin iqamətgahı da daxil olmaqla, İslam Respublikasında təxminən 30 hədəfə hücum edilib.

Həmçinin İranın Ali Lideri Əli Xameneinin iqamətgahına və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahına da zərbələr endirilib.

Xatırladaq ki, İsrailin müdafiə naziri İsrael Kats daha əvvəl ölkənin Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini bildirib .