İran NATO-nun Küveytdəki bazasına yenidən zərbə endirib

İran Küveytdə yerləşən NATO bazasına raket zərbəsi endirib. Raketlərin bir qismi havada zərərsizləşdirilsə də, bazaya ciddi ziyan dəydiyi və təxminən 20 italiyalı hərbçinin yaralandığı bildirilir. Regionda gərginlik daha da artıb.

50

İran Küveytdə yerləşən NATO bazasına növbəti raket zərbəsi endirib.

MSNews.Az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, raketlər havada zərərsizləşdirilib, lakin onların qəlpələri aviabaza yaxınlığına düşüb.

Bundan bir qədər əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tayani “X” sosial şəbəkəsində Küveytdə 300 italyan hərbçisinin yerləşdiyi bazanın uçuş-enmə zolağına zərbə endirildiyini bildirmişdi. Nazir qeyd etmişdi ki, hərbçilər hücum zamanı bunkerlərə sığındıqları üçün xəsarət almayıblar.

İranın atdığı raketlərdən biri Küveytdəki NATO bazasına düşərək, ciddi ziyan vurub.

MSNews.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Yerli medianın məlumatına görə, hadisə zamanı təxminən 20 italiyalı hərbçi yaralanıb.

Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. “Aslanın nərəsi” adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.