Bu gün BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək

ABŞ və İsrailin İrana endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının fevralın 28-də təcili iclası keçiriləcək. Rusiya və Çin iclasın çağırılmasını tələb edib, bir sıra ölkələr təşəbbüsü dəstəkləyib.

148

ABŞ və İsrailin İrana zərbələri ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclası fevralın 28-də yerli vaxtla saat 16:00-a (Bakı vaxtı ilə 01:00) təyin edilib.

MSNews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

BMT yanında Rusiyanın diplomatik missiyasının bəyanatında bildirilib ki, ABŞ və İsrailin İrana qarşı hücumları ilə əlaqədar Rusiya və Çin TŞ-nin təcili iclasının çağırılmasını tələb ediblər. Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Fransa, Bəhreyn və Kolumbiya da iclasın keçirilməsini dəstəkləyib.

Sənəddə qeyd olunub ki, ABŞ və İsrailin İrana qarşı hərəkətləri beynəlxalq hüququn əsas prinsiplərinin və normalarının birbaşa pozulmasıdır. Bildirilib ki, bu cür addımlar Yaxın Şərq regionunda sülhə, sabitliyə və təhlükəsizliyə ciddi təhdid yaradır və BMT Katibliyindən obyektiv qiymətləndirmə gözlənilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.