KLM İsrailə uçuşları 1 martdan dayandırır

Hollandanın kral hava yolu şirkəti KLM ABŞ–İran gərginliyi fonunda İsrailə uçuşlarını 1 martdan etibarən dayandırır. Şirkət qərarın müvəqqəti olduğunu bildirir.

314

Hollandanın kral hava yolu şirkəti KLM martın 1-dən etibarən İsrailə bütün uçuşlarını dayandıracağını açıqlayıb. İsrail mətbuatının, xüsusilə “Yediot Ahronot” qəzetinin məlumatına görə, qərar ABŞ ilə İran arasında artan gərginlik fonunda qəbul edilib.

Şirkət Amsterdam–Tel-Əviv marşrutu üzrə reyslərin ləğv ediləcəyini bildirərək, hazırkı mərhələdə İsrail istiqamətinə uçuşların kommersiya və əməliyyat baxımından məqsədəuyğun olmadığını vurğulayıb. KLM eyni zamanda regional təhlükəsizlik vəziyyətini yaxından izlədiyini və şərait dəyişərsə qərara yenidən baxıla biləcəyini qeyd edib. Qərar İsrailə hava əlaqələri ilə bağlı beynəlxalq daşıyıcıların risk qiymətləndirmələrinin sərtləşdiyini göstərən son addımlardan biri kimi dəyərləndirilir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.