Rakka yaxınlığında İŞİD hücrəsi zərərsizləşdirildi

Suriyanın Rakka şəhərinin qərbində daxili təhlükəsizlik qüvvələrini hədəf alan İŞİD hücrəsinə qarşı əməliyyat keçirilib, qrup zərərsizləşdirilib.

164

Suriyanın rəsmi televiziya kanalı “Əl-İhbariyyə”nin təhlükəsizlik mənbələrinə istinadən yaydığı məlumata görə, Rakka şəhərinin qərbində fəaliyyət göstərən və daxili təhlükəsizlik qüvvələrini hədəf aldığı bildirilən İŞİD hücrəsinə qarşı xüsusi əməliyyat keçirilib.

Məlumata əsasən, əməliyyat nəticəsində sözügedən terror hücrəsi zərərsizləşdirilib. Əlavə detallar açıqlanmasa da, əməliyyatın təhlükəsizlik qüvvələrinə qarşı planlaşdırılan hücumların qarşısını almaq məqsədi daşıdığı qeyd olunur.

Bildirilib ki, terror təşkilatı İŞİD fevralın 21-də Suriya təhlükəsizlik qüvvələrinə qarşı hücum çağırışı etmişdi. Son dörd gün ərzində baş verən hücumlarda 7-si hərbçi və daxili təhlükəsizlik əməkdaşı olmaqla ümumilikdə 8 nəfər həlak olmuşdu.

Rəsmi Dəməşq son hadisələrin fonunda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini vurğulayıb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.