İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, ikitərəfli əməkdaşlıq və strateji layihələr müzakirə olunub.

170

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Fərzanə Sadiqin ötən il ölkəmizə səfəri və Prezident İlham Əliyevlə görüşü məmnunluqla xatırlandı. Dövlətimizin başçısı İran Prezidenti Məsud Pezeşkianla əvvəlki telefon danışığını xatırladaraq, iki dost ölkə arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd etdi.

İkitərəfli gündəliyin genişlənməsi, birgə layihələrin ölkələrimiz və region üçün yaratdığı imkanlar vurğulandı. Fərzanə Sadiq Azərbaycanla iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın inkişafına İran Prezidentinin xüsusi əhəmiyyət verdiyini bildirdi.

Görüşdə Bakıda keçiriləcək “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası”nın 17-ci iclasının əhəmiyyəti, Şimal-Cənub nəqliyyat dəhlizi və Araz çayı üzərində inşa ediləcək Ağbənd–Kəlalə avtomobil körpüsü kimi birgə layihələr müzakirə olundu.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.