60 ildir yatmayan adam: Elm bu sirri hələ də izah edə bilmir

Vietnamda yaşayan 80 yaşlı Tai Nqoc 60 ildən artıq müddətdə yuxusuz yaşadığını iddia edir. Bu nadir hadisə həkimləri belə təəccübləndirib.

64

Vietnamın Quanq Nam bölgəsində yaşayan 80 yaşlı Tai Nqoc adlı kişi təxminən 60 ildən artıq müddətdə heç vaxt yatmadığını iddia edir və bu iddia tibb dünyasında ciddi maraq və müzakirə mövzusu olub. Onun sözlərinə görə, 1960-cı illərdə ağır hərarətli xəstəlikdən sonra gözünü bir an belə yummayıb və uzun illərdir həm gündüz, həm də gecələr yuxusuz qalaraq gündəlik həyatını adi qaydada davam etdirir.

Ekspertlər normalda uzunmüddətli yuxu olmadan sağlam yaşamağın qeyri-mümkün olduğunu bildirirlər. Belə ki, tibbi ədəbiyyata görə bir neçə günlük yuxusuzluq belə ciddi fiziki və zehni funksiyaların pozulmasına səbəb ola bilər. Buna baxmayaraq, Nqocun indiyə qədər aparılan yoxlamalarda ciddi sağlamlıq problemləri göstərməməsi bu hadisəni “tibbi sirr” səviyyəsinə qaldırır. Bəzi alimlər onun gün ərzində saniyəlik “mikro yuxular” (insanın yatdığı, lakin bunu hiss etmədiyi qısa anlar) yaşaya biləcəyini irəli sürsələr də, Nqoc bununla razılaşmır və hər an ayıq olduğunu vurğulayır.

Onun bu təcrübəsi elmi dairələrdə debat mövzusudur və hələ də tam şəkildə izah edilməyib.