Epşteyn sənədlərində Ehud Barak imzalı mübahisəli xəritə fotosu ortaya çıxdı

ABŞ Ədliyyə Nazirliyinin açıqladığı Epşteyn sənədlərində Ehud Barak imzasına bənzədilən qeyd olan mübahisəli xəritə fotoşəkli yer alıb. Sənədlər Epşteyn-Barak əlaqələrini yenidən gündəmə gətirib.

25

ABŞ Ədliyyə Nazirliyinin milyarder Ceffri Epşteyn işi üzrə açıqladığı yeni sənədlərdə yer alan fotoşəkillər ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Sənədlərdə, lövhə üzərində çəkilmiş və küncündə keçmiş İsrail baş naziri Ehud Barakın imzasına bənzədilən qeyd olan mübahisəli İsrail–Fələstin xəritəsi diqqət çəkir.

Açıqlanan materiallara əsasən, sözügedən xəritə qara lövhədə təsvir edilib və sosial şəbəkə istifadəçilərinin bir qismi bunun “Böyük İsrail” konsepsiyası ilə əlaqəli ola biləcəyini iddia edir. İmzanın Barakın rəsmi imzası ilə oxşarlığı ayrıca müzakirə mövzusu olub.

Sənədlərdə yer alan e-poçt yazışmaları Epşteyn ilə Barak arasında müxtəlif dövrlərdə görüşlər və əlaqələrin olduğunu göstərir. Fotoşəkillərdən bəzilərində Epşteynin həmin lövhənin qarşısında azyaşlı bir şəxslə birlikdə göründüyü, uşağın kimliyinin qorunması məqsədilə üzünün gizlədildiyi bildirilir. Məsələ ilə bağlı hər hansı məhkəmə hökmünün olmadığı və iddiaların araşdırma materialları çərçivəsində qiymətləndirildiyi vurğulanır.