Avropa kəşfiyyatçıları: Ukraynada sülh razılaşması bu il əldə olunmayacaq

Avropanın aparıcı kəşfiyyat rəisləri Rusiya-Ukrayna müharibəsinin bu il ABŞ vasitəsilə bitəcəyinə skeptik yanaşır, Moskvanın sülhə deyil, daha çox sanksiya güzəştlərinə üstünlük verdiyini bildirir.

41

Avropanın aparıcı kəşfiyyat rəisləri 2026-cı ildə Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Ukraynada müharibəni bitirəcək sülh sazişinin əldə olunacağına inanmırlar.

Beş böyük Avropa kəşfiyyat xidmətinin rəhbəri “Reuters”-ə anonim danışaraq bildirib ki, Rusiya müharibəni tez bitirmək istəmir və danışıqlardan daha çox sanksiyaların yumşaldılması və iqtisadi güzəştlər qazanmaq üçün istifadə edir. Bu fikirlər ABŞ Prezidenti Donald Trampın sülh razılaşmasının “nisbətən yaxın” olduğuna dair nikbin bəyanatlarına rəğmən səsləndirilib.

Son mərhələdə keçirilən ABŞ-nin moderasiyası ilə Cenevrədəki müzakirələrdə əsas məsələlər, xüsusən də ərazi mübahisələri kimi çətin nöqtələr hələ də həll olunmayıb. Avropa kəşfiyyatçıları hesab edir ki, Rusiya hələ də Ukraynanın neytrallaşdırılması və mövcud liderinin dəyişdirilməsi kimi strateji məqsədlərini saxlayır və bu, davamlı sülhə aparan yol deyil.

Mənbələr qeyd ediblər ki, Rusiya bu yaxınlarda ABŞ-la tərəfdaşlıq və iki ölkə arasında böyük iqtisadi layihələr barədə gizli tərəf danışıqlar aparır, bu da sanksiyalardan zərər çəkmiş rus elitalarına cəlbedici ola bilər. Eyni zamanda, danışıqlar komandasının diplomatik təcrübəsinin az olması ilə bağlı da ciddi narahatlıqlar mövcuddur.