İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib

Prezident İlham Əliyev Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirak edib. ABŞ Prezidenti Donald Tramp Azərbaycan-Ermənistan sülh prosesini yüksək qiymətləndirib.

164

Fevralın 19-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə tədbirdə iştirak edib.

İclas öncəsi birgə foto çəkdirilib. Daha sonra ABŞ Prezidenti Donald Tramp çıxış edərək prezidentliyi dövründə bir sıra münaqişələrin həllinə nail olunduğunu bildirib. O, Azərbaycan və Ermənistan arasında əldə olunan sülh razılaşmasını xüsusi qeyd edərək, bunun region üçün tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib və tərəflərin 30 ildən artıq davam edən münaqişədən sonra sülhə nail olmasını mühüm hadisə kimi dəyərləndirib.

İclas çərçivəsində digər dövlət nümayəndələrinin çıxışları dinlənilib. Sonda Sülh Şurasının maliyyə intizamı və şəffaflıq prinsipləri haqqında qətnamə imzalanıb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.