İsrail yüksək hazırlıq rejiminə keçib

42

İsrail mediası ABŞ-nin İrana hərbi əməliyyat başlatma ehtimalını “yaxın zamanlarda” gerçəkləşdirə biləcəyi qiymətləndirmələri fonunda Tel Əviv hökumətinin yüksək hazırlıq rejiminə keçdiyini xəbər verib. İsrail Ordusunun Daxili Cəbhə Komandanlığı və sivil müdafiə birliklərinə müvafiq talimat verilib, bütün səviyyələrdə hazırlıq toplantıları keçirilib.

Baş nazir Benyamin Netanyahu rəhbərliyindəki təhlükəsizlik kabinetinin iclası isə İrana mümkün hücum riskinə görə təxirə salınıb. İsrail hökuməti İranın mümkün qarşılıqlı addımlarını nəzərə alaraq, strateji və diplomatik hazırlıqlarını davam etdirir.

ABD və İran arasında İsveçrənin Cenevrə şəhərində keçirilən ikinci tur nükleer müzakirələrdə tərəflər bir sıra mövzularda razılaşsa da, ABŞ-ın müəyyən “qırmızı xətlər” çərçivəsində hərbi variantı da masada saxladığı bildirilib. İsrailli və ABŞ-lı rəsmilər mümkün hərbi əməliyyatın vaxtının yaxın olduğunu bildirirlər.