Xarici kəşfiyyat rus əsgərlərinin “Telegram” mesajlarını izləyə bilir – Rusiya rəsmisi

54

Rusiya rəqəmsal inkişaf naziri Maksud Şadayev bildirib ki, xarici kəşfiyyat xidmətləri rus əsgərlərinin “Telegram” messencerində göndərdikləri mesajlara daxil ola bilir. Bu barədə “Interfax” agentliyi məlumat yayıb.

“Telegram”, Rusiyada ən populyar mesajlaşma tətbiqlərindən biridir və Ukraynada döyüşən rus hərbçiləri tərəfindən geniş istifadə olunur. Lakin, rus hakimiyyəti tərəfindən “ekstremist məzmunu silməmək” ittihamı ilə məhdudiyyətlər tətbiq edilib.

“Xarici kəşfiyyat agentliklərinin messencerin yazışmalarına çıxışı olduğu və bu məlumatlardan rus hərbçilərinə qarşı istifadə etdiyi ilə bağlı çoxsaylı göstəricilər var,” – deyə Shadayev bildirib.

Roskomnadzor, xarici mülkiyyətli messencerlərin qanuna əməl etməməsi səbəbi ilə “Telegram” xidmətini yavaşlatdığını açıqlayıb. ABŞ şirkəti “Meta Platforms”-ın “WhatsApp” tətbiqi də yerli qanuna əməl etmədiyi üçün tamamilə bloklanıb. Rusiya vətəndaşları isə dövlət dəstəkləyən milli messencer “MAX”-a yönəldilir.

Tənqidçilər “MAX”-ı kəşfiyyat izləmə aləti olaraq qiymətləndirir, lakin Rusiya hakimiyyəti bunu rədd edir.