ABŞ mərkəzli “X” sosial media platformasında giriş problemi yaşandığı bildirilir. Xidmət kəsintilərini izləyən “Downdetector” platformasının məlumatına görə, problem yerli vaxtla saat 16:00-dan etibarən qeydə alınmağa başlayıb.
İstifadəçilər sosial şəbəkəyə daxil olmaqda çətinlik çəkdiklərini və səhifələrin yüklənmədiyini bildirirlər. Şikayətlərdən problemin bir neçə ölkədə müşahidə olunduğu anlaşılır.
Şirkət tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Problemin səbəbi və nə vaxt aradan qaldırılacağı barədə əlavə məlumat gözlənilir.