İlham Əliyev Münhendə Bolqarıstan Prezidenti ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev Münhendə Bolqarıstan Prezidenti İliyana Yotova ilə görüşərək mədəniyyət, enerji, turizm və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edib, “Şuşa” parkı layihəsini qeyd edib.

43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb.

Görüş zamanı Bolqarıstan Prezidenti Azərbaycanın Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını, Novruz bayramı adət-ənənəsi və muğam musiqisini yüksək qiymətləndirdiyini bildirdi. İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi və Azərbaycanın ali təhsil müəssisələrində bolqar dilinin tədrisi və bolqar mədəniyyətinə göstərilən diqqətə görə təşəkkürünü çatdırdı.

Görüş zamanı Azərbaycan və Bolqarıstan hökumətləri ilə Veliko Tırnovo Bələdiyyəsi arasında “Şuşa” parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq Sazişinin imzalanması məmnunluqla qeyd olundu. Eyni zamanda enerji, elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafı, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə dəstək müzakirə edildi. İlham Əliyev may ayında Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumuna Bolqarıstanın yüksək səviyyədə iştirak edəcəyini vurğuladı.