İlham Əliyev Münhendə Bundestaqın Xarici Siyasət Komitəsinin Sədri ilə Görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev Münhendə Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşet ilə görüşərək regional sülh, əməkdaşlıq və enerji təhlükəsizliyi məsələlərini müzakirə edib.

168

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşet ilə görüşüb.

Görüş zamanı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması və Vaşinqtonda əldə olunan nailiyyətlər müzakirə olunub. Armin Laşet əldə edilən nəticələrə görə təbriklərini çatdırıb, Prezident İlham Əliyev isə minnətdarlığını bildirərək sülhün regionun inkişafı üçün əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycanın regional sülh və əməkdaşlıq təşəbbüsləri, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafı, xüsusilə siyasi, iqtisadi-ticarət və enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və dinlərarası, mədəniyyətlərarası dialoq sahəsindəki təcrübəsi qeyd edilib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.