MKA Çin ordusuna casusluq üçün yeni video yayımladı

ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) Çin ordusundakı bəzi şəxsləri casusluğa cəlb etmək üçün Mandarin dilində yeni video yayımlayıb. Pxenyan bu kampaniyaya qarşı çıxacağını bildirib.

39

ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) Çin ordusundakı hərbi şəxsləri casusluğa cəlb etmək məqsədilə Mandarin dilində yeni bir video yayımlayıb. Videoda Çin ordusunun komanda heyətindəki bəzi narahatlıqlar və liderlərə güvənin zəifləməsi vurğulanır və hərbçilərin həmin narahatlıqları ABŞ kəşfiyyatına çatdırmağa dəvət edilir.

113 saniyəlik videoda uydurma bir Çinli zabit öz rəhbərliyinə qarşı narazılığını dilə gətirir və ailəsinin gələcəyi üçün daha təhlükəsiz bir yol axtardığını bildirərək MKA ilə əlaqə saxladığını göstərir. Videonun sonunda isə izləyicilər “dünyanın taleyi sizin əlinizdədir” mesajı ilə agentliklə necə əlaqə qurmaq barədə də göstərişlərə yönləndirilir.

Bu cür Mandarin dilində hazırlanan ictimai çağırışlar, MKA-nın Çində insan kəşfiyyatını gücləndirmək strategiyasının bir hissəsidir və bir neçə ay əvvəl də oxşar videolar yayımlanmışdı.

Pekin hələlik bu yeni videoya rəsmi münasibət bildirməsə də, belə kampaniyalar daha əvvəllər Çin Xarici İşlər Nazirliyi tərəfindən “anti-Çin qüvvələrinin hücumu” kimi tənqid edilib və buna qarşı ciddi tədbirlərin görüləcəyi ilə bağlı xəbərdarlıqlar səsləndirilmişdi.