Tramp Orbanı Macarıstan seçkilərində dəstəklədi

ABŞ Prezidenti Donald Tramp Macarıstanda apreldə keçiriləcək ümumi seçkilər ərəfəsində Baş nazir Viktor Orbana açıq dəstək verdiyini açıqlayıb.

192

Donald Trump Macarıstanda aprel ayında keçiriləcək ümumi seçkilər ərəfəsində Baş nazir Viktor Orbana açıq dəstəyini ifadə edib.

Vaşinqtondan yayılan məlumata görə, Tramp “Truth Social” hesabında paylaşım edərək Orbanı “güclü və effektiv lider” adlandırıb. O bildirib ki, özü ABŞ üçün çalışdığı kimi, Orban da Macarıstanda iqtisadiyyatın inkişafı, qanunsuz miqrasiyanın qarşısının alınması və hüquq-nizamın qorunması istiqamətində ciddi fəaliyyət göstərir.

Tramp 2022-ci ildə keçirilən seçkilərdə də Orbanı dəstəklədiyini xatırladaraq, bu mövqeyini yenidən təkrarlamaqdan qürur duyduğunu vurğulayıb. O, Orbanı “əsl dost və döyüşçü” kimi xarakterizə edərək, onun yenidən baş nazir seçilməsi üçün “tam və qeyd-şərtsiz dəstəyə” layiq olduğunu bildirib.

ABŞ prezidenti əlavə edib ki, Orban Macarıstan xalqını məyus etməyəcək və iki ölkə arasında əməkdaşlığın davam etdirilməsi hər iki tərəfin maraqlarına xidmət edir.

Macarıstanda ümumi seçkilər 12 aprel tarixində keçiriləcək. Səsvermə nəticəsində yeni parlament üzvləri və hökumət başçısı müəyyənləşdiriləcək.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.