Keçmiş vəliəhd Endryunun saraya qadınlar gətirməsi ilə bağlı iddialar çıxıb

Ceffri Epşteyn sənədlərində yer alan uçuş qeydlərinə görə keçmiş İngiltərə şahzadəsi Endryunun “Lolita Express” ilə gətirilən qadınları Bukingem Sarayına daxil etdiyinə dair iddialar gündəmə gəlib.

48

Böyük Britaniyada Epşteyn sənədlərində yer alan yeni iddialara görə, keçmiş İngiltərə şahzadəsi Endryu Epşteynə məxsus “Lolita Express” adlı təyyarə ilə İngiltərəyə gətirilən qadınları Bukingem Sarayına daxil etdiyi iddia olunur.

Bu iddialar Epşteyn sənədlərində çıxan uçuş qeydlərinə əsaslanır və “Lolita Express”in İngiltərədəki Stansted, Hetrou və digər hava limanlarına ən azı 90 dəfə eniş etdiyi göstərilir. Sənədlərdə təyyarə ilə gətirilən bəzi qadınların təhlükəsizlik yoxlamasından keçmədən saraya daxil edildiyi və saray işçilərinin onlara yol verdiyi irəli sürülür.

Bu iddia fonunda Endryuya qarşı istismar ittihamları ilə bağlı məhkəmə iddiası qaldırılması üçün təzyiqlər artıb. Keçmiş Baş nazir Qordon Braun bu vəziyyəti “ən böyük skandallardan biri” adlandıraraq polisə çağırış edib və uçuş qeydlərinin hərtərəfli araşdırılmasını tələb edib.