Dünyanın ən zəngin insanı işə qəbul prosesini 20 dəqiqəyə sığdırır

İlon Mask ənənəvi CV qiymətləndirməsi əvəzinə işə qəbulda 20 dəqiqəlik müsahibəni əsas meyar kimi qəbul etdiyini bildirib.

63

“Forbes”-un məlumatına görə təxminən 800 milyon dollar və daha çox şəxsi sərvəti ilə dünyanın ən zəngin insanı unvanını daşıyan İlon Mask işə qəbul prosesində qeyri-adi metoddan istifadə etdiyini açıqlayıb.

Maska görə ənənəvi CV qiymətləndirmələri əvəzinə bir namizədin real qabiliyyətini anlamağın yolu 20 dəqiqəlik üzbəüz söhbətdən keçir.

Mask podkast yayımında namizədlərin sadəcə kağız üzərindəki təcrübə və təhsili yox, onların müsahibə zamanı göstərdiyi performansın daha önəmli olduğunu vurğulayıb. O qeyd edib ki, çox vaxt imzası tanınmış şirkətlərdən olan CV-lər nəticəni düzgün əks etdirmir və seçimi real müsahibənin nəticəsi müəyyən etməlidir.

Mask həmçinin əvvəlki işə qəbul səhvlərindən də bəhs edərək bildirib ki, “Google” və “Apple” kimi böyük şirkətlərdən gələnlərin avtomatik olaraq uğurlu olacağı qənaətinə düşdüyünü etiraf edib.

Mask üçün yalnız texniki bacarıq deyil, həm də namizədin xarakteri, etibarlılığı, zəka və çalışma əzmi qərarvermə prosesində mühüm rol oynayır.