“SpaceX” Mars missiyasını təxirə saldı – yeni hədəf Aydır

"SpaceX" Mars missiyasını təxirə saldı və fokusunu Ay missiyasına yönəltdi. Şirkət 2027-ci ildə Ay səthinə enişi hədəfləyir. 

56

Dünyaca məşhur milyarder İlon Mask və onun “SpaceX” kosmik şirkəti uzun müddətdir planlaşdırdığı Mars ekspedisiyasını bir müddətlik təxirə salma qərarı verib. Bu yenilik şirkətin əvvəlki planlarında əsas prioritet kimi göstərilən Mars səfərini geriyə ataraq, daha çox Ay üzrə missiyəyə fokuslanmaq istədiyini ortaya qoyur.

Xəbərlərə görə, “Wall Street Journal” nəşri “SpaceX”-in 2026-cı ildə həyata keçirilməsi planlanan Mars səfərini dayandırdığını və bunun əvəzinə 2027-ci ilin mart ayında Ay səthinə eniş məqsədi ilə yeni bir strategiya müəyyən etdiyini yazıb. Şirkət bu qərarı öz investorlarına da açıqlayıb və Ay layihəsinə üstünlük verəcəklərini bildirib.

“SpaceX”-in bu dəyişikliklə bağlı açıqlamalarında, şirkətin NASA üçün daha əvvəl razılaşdırılmış Ay missiyasını həyata keçirmək istədiyi bildirilir. NASA ilə imzalanmış müqaviləyə əsasən, “SpaceX”-in inkişaf etdirdiyi “Starship” kosmik gəmisi Ay orbiti üzrə agentlik gəmisi ilə görüşərək astronavtları Aya daşımaq üçün nəzərdə tutulub.

Əvvəllər İlon Mask və “SpaceX” Marsa yönəlmə planlarından bəhs etmiş, hətta 2026-cı ilin sonlarına doğru bir neçə “Starship” vasitəsilə Mars səfəri planlaşdırdıqlarını açıqlamışdı. Lakin yeni məlumatlar Mars istiqamətindəki planların ertələndiyini və qısa müddətli yatırımların Ay missiyasına yönləndirildiyini göstərir.

Bu qərar “SpaceX”-in gələcək kosmik strategiyasında ilkin olaraq Ayla bağlı addımları sürətləndirməyi və daha sonra Mars planlarına qayıtmağı nəzərdə tutduğu kimi şərh edilir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.