Tramp Obamaları “meymun” kimi göstərən video paylaşdı

Donald Tramp öz "Truth Social" hesabında Barak və Micşel Obamanı maymun kimi göstərən video paylaşdı və sərt tənqidlə üzləşdi.

67

ABŞ Prezidenti Donald Tramp tərəfindən paylaşılan video geniş tənqidə səbəb olub.

ABŞ Prezidenti Donald Trampın özünə məxsus sosial media platforması “Truth Social” hesabında yerləşdirilən videoda keçmiş prezident Barak Obama və onun həyat yoldaşı Mişel Obamanın başları qorilla bədənlərinə montajlanaraq nümayiş etdirilib.

Bu bir dəqiqəlik videoda ABŞ-da seçki məntəqələri və səsvermə maşınları ilə bağlı iddialar yer alır, videonun sonunda isə iki saniyəlik kadrda Obamaların bir meşə fonunda, “Aslan Kral” filminin məşhur musiqisi ilə birlikdə “meymun kimi” göstərildiyi müşahidə olunur.

Bu paylaşım sosial mediada və siyasət məkanında geniş təpki ilə qarşılanıb. Tənqidçilər bu kadrları irqçi və qeyri-etik hesab edərək sərt reaksiya veriblər.

Bəzi siyasi rəsmilər isə bu paylaşımı qınayaraq Prezidentdən bunun aradan qaldırılması və üzr istəməsini tələb ediblər, bəzi rəylər isə bunun internet memi olduğunu iddia edib.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.