“Küçələrin Robinləri”: Müasir Robin Hudlar oğurladıqlarını xalqa paylayır

Kanadanın Montreal şəhərində özünü “Küçələrin Robinləri” adlandıran qrup marketdən yüzlərlə dollar dəyərində ərzaq və məhsul oğurlayaraq onları şəhər sakinlərinə paylayıb. Polis genişmiqyaslı istintaq aparır.

338

Kanadanın Monreal şəhərində özünü “Küçələrin Robinləri” adlandıran aktivist qrupu artan ərzaq qiymətləri və həyat bahalılığına etiraz olaraq marketdən oğurladıqları mal və ərzaqları şəhərdə ehtiyacı olanlara paylayıb. 

Təxminən 60 nəfərdən ibarət qrup çərşənbə axşamı gecəsi, yəni 3 fevral tarixində “Rachelle Bery” adlı supermarketi hədəf alıb və içəridəki təhlükəsizlik kameralarının görünüşünü əlverişsiz vəziyyətə gətirdikdən sonra piştaxtalardakı ərzaq, dərman və əsas yaşayış məhsullarını götürərək ödəniş etmədən ərazidən ayrılıb. Qrup öz davranışını korporativ market zəncirlərinə qarşı siyasi etiraz kimi dəyərləndirib.

“İki işdə çalışmaq belə özünü təmin etməyə və ailəni qidalandırmağa yetmirsə, bu şəraitdə hər yol mübahdır,” — aktivistlər belə bəyanat veriblər. Oğurlanan məhsullar daha sonra şəhərin müxtəlif nöqtələrində paylanaraq ehtiyacı olanlara verilmişdir.

Hadisə ilə bağlı Monreal polisi genişmiqyaslı istintaqa başlayıb. Hələlik heç kim saxlanmayıb və çalınan malların ümumi dəyərinin yüksək olduğu bildirilir. Qeyd olunur ki, eyni qrup keçən dekabr ayında da oxşar bir aksiyada Santa Klaus paltarında marketdən mallar götürərək onları “hədiyyə paketi” şəklində insanlara paylamışdı.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.