Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı” münasibətilə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşüb

Fevralın 3-də Prezident İlham Əliyev Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşərək “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi münasibətilə təşəkkür edib və humanitar fəaliyyətlər müzakirə olunub.

180

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.

Görüş zamanı Məhəmməd Əbdülsalam Azərbaycana səfərlərini və dövlətimizin başçısı ilə keçirdiyi görüşləri böyük məmnunluqla xatırlayaraq, Prezident İlham Əliyevi “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi münasibətilə bir daha təbrik edib.

Prezident İlham Əliyev təbrikə və yüksək mükafata görə minnətdarlığını bildirib və Zayed Fondunun fəaliyyətini, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsinin və bəşəri dəyərlərinin dünyada təşviq edilməsində oynadığı mühüm rolu yüksək qiymətləndirib.

Görüşdə qeyd olunub ki, Azərbaycan Prezidentinin bu mükafata layiq görülməsi həmçinin Roma Papası XIV Leonun və Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Əl-Tayyibin Prezident İlham Əliyevin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri yüksək qiymətin təcəssümüdür.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.