Epşteyn dosyesi: “Sənin itinin olmaq istəyirəm” — Kraliyyət ailəsi üzvləri ilə yeni yazışmalar ortaya çıxdı

Ceffri Epşteyn sənədlərində İngiltərə və Norveç kraliyyəet ailəsi üzvləri ilə bağlı yeni yazışmalar ortaya çıxıb. Şahzadə Endryu və Sarah Ferqyuson daxil olmaqla ifadələr skandal yaradır.

157

Milyarder Ceffri Epşteynin açıqlanan yeni dosyelərində Norveç və İngiltərə kraliyyət ailələri ilə bağlı şok detallar ortaya çıxıb.

Epşteyn, 2008‑ci ildə uşaqlara qarşı cinsi istismar ittihamı ilə məhkum edilmişdi və daha sonra həbsdə ölü tapılmışdı.

Yeni sənədlərdə ingilis kraliyyət üzvləri ilə olan yazışmalarda İngiltərə şahzadəsi Endryunun Epşteynə göndərdiyi mesajda Sənin itinin olmaq istəyirəm ifadəsinin yer aldığı görünür.

Eyni sənədlərdə Sarah Ferqyusonun iki qızını Epşteyn ilə görüşdürməsi və 2010‑cu ildə Epşteynə “Xidmətindəyəm, mənimlə evlən” yazdığı da qeyd edilir.

Norveç şahzadəsi Mette‑Marit ilə Epşteyn arasında da bağlantı olduğu açıqlanan sənədlərdə təsdiqlənib. Mette‑Marit bu əlaqələr ortaya çıxdıqdan sonra peşman olduğu mesajını verib.

Bu yeni açıqlamalar kraliyyət ailələrinin Epşteyn ilə əlaqələrinin nə qədər yaxın olduğunu yenidən gündəmə gətirib və skandal üçün ciddi reaksiyalar yaradıb.

Marius Høiby iddiaları

Mette‑Maritin oğlu Marius Høiby isə sənədlərdə yer alan başqa bir başlıqla gündəmə gəlib – o, müxtəlif qadınlara qarşı zorakılıq və zorla əlaqə ittihamları ilə hüquq‑mühafizə orqanları tərəfindən həbs edilib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti