Nemo Burnunda eşidilən güclü səsin səbəbi açıqlandı

Sakit okeanın ən uzaq nöqtəsi olan Nemo Burnunda eşidilən sirli səsin səbəbi Antarktidadan ayrılan nəhəng buz dağlarının suya düşməsi nəticəsində yaranan akustik şok dalğasıdır.

Sakit Okeanın cənubunda, Yer üzünün ən uzaq və tənha nöqtəsi hesab olunan Nemo Burnu (Point Nemo) adlanan ərazidə 1997-ci ildə qeydə alınan və uzun illər boyunca elm adamlarını düşündürən gizli səslərin səbəbi aşkarlanıb. Bu səslər əvvəlcə “dərin okeanda nəhəng bir canavarın səsi” kimi spekulyasiya edilir və müxtəlif ehtimallar müzakirə olunurdu.

ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) okean daxilində yerləşən mikrofonları ilə qeydə alınan ultra aşağı tezlikli güclü akustik siqnal o qədər təsirli idi ki, 4800 kilometr aralıdakı sensorlar belə bu qeydi aşkar edə bilirdi. Belə bir səslə heç bir məlum dəniz canlısı, hətta balinalar belə izah edilə bilmirdi.

Sonradan illər boyu davam edən araşdırmalar nəticəsində bu sirr okeanın dərin qatında baş vermiş “buz zəlzələsi” ilə əlaqələndirilib. Elm insanı Kris Foksun təhlili göstərir ki, Antarktidanın sahilindən ayrılan nəhəng buzdağlarının okeana düşməsi zamanı yaranan akustik şok dalğası bu qeyri-adi səsi meydana gətirib və səs okean boyunca uzun məsafələr qət edərək sensorlara çatıb.

Bu kəşf “canavar” ehtimalını aradan qaldırsa da, alimlər bu səslərin qlobal isinmə və iqlim dəyişikliyinin daha güclü buz qırılmalarına səbəb olduğunu göstərən səslər kimi qəbul edilməsinin vacibliyini vurğulayır.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.