Tehranda bir bazarda yanğın baş verib

İranın paytaxtı Tehranda Cənnətabad bölgəsindəki Cənnət Bazarında yanğın baş verib. Təxminən 200 dükan tamamilə yanıb, yaralılar və itkilər barədə məlumat hələ dəqiqləşdirilir.

58

İranın paytaxtı Tehranın Cənnətabad bölgəsində yerləşən Cənnət Bazarında yanğın baş verib.

Tehran Yanğınsöndürmə İdarəsinin sözcüsü Cəlal Mələki İran İşçilər Xəbər Agentliyinə açıqlamasında bildirib ki, yanğın Niyayeş–Cənnətabad kəsişməsindəki bazarda meydana gəlib. İlkin məlumatlara görə, hadisə yerinə 5 yanğınsöndürmə  stansiyasından heyət göndərilib.

Mələki qeyd edib ki, təxminən 3 min kvadratmetr sahəyə sahib, müxtəlif stantlarla dolu və əsasən yanıcı materiallardan tikilmiş anbar tamamilə alovlara bürünüb və hadisə yerindən qalın tüstü qalxırdı. Yanğına eyni anda bir neçə istiqamətdən müdaxilə edilib.

İranlı rəsmi bildirib ki, yanğın artıq idarə altına alınıb və bazarda yerləşən 200 dükan tamamilə yanıb.

Mələki əlavə edib ki, yaralılar və mümkün itkilər barədə hələ dəqiq məlumat yoxdur.