Qan azlığı üçün təbii üsul

Qan azlığını aradan qaldırmağa kömək edən təbii üsul. Badam, süd və doşabdan hazırlanan, qanın artımını dəstəkləyən faydalı qarışığın hazırlanma qaydası və təsiri.

149

Qan azlığı gündəlik yorğunluq, halsızlıq və diqqət dağınıqlığı kimi problemlərlə özünü göstərən geniş yayılmış sağlamlıq vəziyyətidir. Dərman müalicəsi ilə yanaşı, düzgün qidalanma da qanın artımını və stabilləşməsini dəstəkləyən əsas amillərdən biridir. Bu yazıda qan yaranmasına kömək edən, sadə və təbii ərzaqlardan hazırlanan faydalı qarışıq haqqında məlumat veririk. Qan azlığı problemi ilə üzləşən xeyli sayda insan var. Bu dəfə sizə qan artımını stabilləşdirən bir təbii üsul təqdim edirik. Bu qarışıq bədəndə qanın yaranması üçün çox faydalıdır. Qan azlığı olanlar üçün qan yaradan qidanın tərkibindəki ərzaqlar: Badam- 100 qr. Süd- 500ml(yarım litr) Doşab-1st Qan azlığı olanlar üçün qan yaradan qidanın hazırlanması: Badam döyülərək üyüdülür üzərinə süd əlavə olunur və odda qarışdırılaraq bişirilir. Soyuyan zaman 1st doşabla qarışdırılıb səhər, günorta və axşam qəbul edilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.