Ukraynalı bankir Aleksandr Adariç Milanda müəmmalı şəkildə ölü tapıldı

Ukraynalı bankir Aleksandr Adariçin cəsədi Milandakı otelin həyətində tapılıb. İtaliya polisi qətl ehtimalını istisna etmir.

192

İtaliyanın “Il Giorno” nəşrinin məlumatına görə, ukraynalı bankir Aleksandr Adariçin cəsədi Milanda yerləşən hotellərdən birinin pəncərələrinin altında aşkar edilib.

İlkin məlumatlara əsasən, Aleksandr Adariç yanvarın 23-də Milana naməlum bir müqaviləni imzalamaq məqsədilə gəlib. Bir müddət sonra o, otelin həyətində, pəncərələrdən birinin altında ölü vəziyyətdə tapılıb. Maraqlıdır ki, bankirin qaldığı otaq rəsmi olaraq başqa bir şəxsin adına qeydiyyata alınıb.

Polisin apardığı araşdırma zamanı otaqda Aleksandr Adariçin fotosu olan, lakin müxtəlif adlar və fərqli vətəndaşlıqlar adına tərtib edilmiş sənədlər aşkarlanıb. Bu fakt hadisə ilə bağlı şübhələri daha da gücləndirib.

İtaliya hüquq-mühafizə orqanları hadisənin qətl ola biləcəyi ehtimalını istisna etmirlər. Onların bildirdiyinə görə, Adariçin hündürlükdən düşdüyü anda artıq ölü olduğu güman edilir. Təhlükəsizlik kameraları insidentdən dərhal sonra iki naməlum şəxsin hoteli tərk etdiyini qeydə alıb.

Hazırda hadisə ilə bağlı istintaq davam edir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.