Yasuko Tamaki – dünyanın ən yaşlı ofis meneceri

Yasuko Tamaki adlı Yaponiya vətəndaşı eyni şirkətdə və eyni vəzifədə 26 yaşından 91 yaşına qədər işləyərək "Ginnesin Rekorlar Kitabı"na düşüb.

59

Yaponiyada Yasuko Tamaki adlı qadın ofis meneceri 26 yaşında başladığı iş yerində 65 il fasiləsiz çalışaraq “Ginnesin Rekordlar Kitabı”na düşüb və bu qeyri-adi karyera uzunluğu ilə dünya gündəmində yer alıb.

15 may 1930-cu ildə anadan olan Tamaki 1956-cı ildə Osaka şəhərində yerləşən vint ticarəti sahəsində fəaliyyət göstərən “Sunco Industries Co., Ltd.” şirkətində işə başlayıb və həyatının böyük hissəsini — 26 yaşından 91 yaşına qədər eyni şirkətdə, eyni vəzifədə davam etdirib, heç vaxt iş yerini dəyişməyib.

“Guinnesin Dünya Rekorları” 2020-ci ildə Tamakini “dünyanın ən yaşlı ofis meneceri” kimi rəsmi şəkildə qeyd edib və o, uzunmüddətli iş həyatının sabitliyi və sədaqəti ilə rekord sahibinə çevrilib.

Tamaki iş günü rejiminə ciddi şəkildə riayət edib — gündə 7,5 saat, həftədə 5 gün işləyərək şirkətin maaş və bonus hesablanması, vergi tutmaları və mühasibat əməliyyatları kimi vacib məsələlərində fəaliyyət göstərib.

Bu müddət ərzində hesabatlar və idarəetmə işlərini öz üzərinə götürüb. Hətta yaşının irəlilədiyi illərdə belə yeni texnologiyaları mənimsəyərək, “Microsoft Excel” və digər ofis proqramlarından rahat istifadə edib.

Təqaüdə çıxan Tamaki Ginnes sertifikatını alarkən bildirib ki, uzun illər boyunca sadəcə üzərinə düşən vəzifəni yerinə yetirdiyini hiss edib və bu nailiyyətin ona böyük emosional təsir etdiyini söyləyib.

Bu qeyri-adi iş həyatı həm Yaponiyada, həm də beynəlxalq mediada əmək həyatının davamlılığı, sədaqət və motivasiya kimi dəyərlər barədə geniş müzakirələrə səbəb olub.