Kosmosa 3 dəqiqəlik səyahət üçün 1 milyon dollar ödəyən turist

İspan turizm platforması sahibkarı "Blue Origin" raketi ilə kosmosa qısa səyahət edib və çəkisizlik mühitini cəmi 3 dəqiqə yaşamaq üçün təxminən 1 milyon dollar ödəyib.

48

42 yaşlı Alberto Qutyerreş, kosmosda təxminən 3 dəqiqəlik çəkisiz mühit təcrübəsi üçün təxminən 1 milyon dollar xərcləyərək adını rekordlara yazdırıb.

Bu, klassik səyahət deyil – Qutyerreş “Blue Origin”-in “New Shepard” raketi ilə 106 kilometrə yüksəlibKarman Həddini keçərək qısa müddət üçün çəkisiz vəziyyət yaşayıb. Təyyarənin yerdən çıxışı və enişi daxil olmaqla ümumi səyahət təxminən 10 dəqiqə sürsə də, çəkisiz məkan hissi cəmi üç dəqiqə davam edib.

Bu qısa an üçün ödənilən məbləğ, sadəcə biletin özü deyil; rezervasiya üçün və ilkin ödənişlər də daxil edildikdə təxminən 1 milyon dollar təşkil edib və bu qiymət səfər statistikasına görə saniyəsinə minlərlə dollar dəyərindədir.

Qutyerreş bu təcrübə ilə tarixdə dördüncü ispaniyalı olaraq kosmosa çıxan şəxs olub, lakin bu səfər peşəkar astronavt kimi deyil, “kosmik turist” statusuyla qeydə alınıb.

Bu tip kosmik turizm artıq yalnız dövlətlər və alimlər üçün deyil, kifayət qədər sərvəti olan şəxslər üçün də alternativ tətil istiqaməti hesab edilir. Qutyerreşin təcrübəsi dünya mediasında “ucuz olmayan bir arzunun gerçəkləşməsi” kimi dəyərləndirilir və kosmos turizminin kommersiya potensialını yenidən gündəmə gətirir.