HƏMAS siyasi partiya kimi qalacaq

ABŞ administrasiyası Fələstin hərəkatı HƏMAS-la razılığa gəlib – razılaşmaya əsasən, təşkilat silahı yerə qoyacaq və Qəzza sektorundakı tunellərin xəritəsini təqdim edəcək, lakin fəaliyyətini siyasi partiya kimi davam etdirmək hüququnu saxlayacaq.

158

Bu barədə “Sky News”-a danışan fələstinli mənbə məlumat verib.

Mənbə bildirib: “Sektorun siyasi və hərbi rəhbərliyindən çıxmaq istəyən şəxslər bunu öz təhlükəsizliklərinə risk olmadan edə biləcəklər. ABŞ İsrailin onların əleyhinə hər hansı addım atmamasına zəmanət verməsini tələb edəcək.”

ABŞ-ın digər təşəbbüsü isə Qəzzada yeni administrasiyaya HƏMAS-a bağlı bəzi məmurlar və polis əməkdaşlarının cəlb edilməsini nəzərdə tutur. Bunun üçün həmin şəxslər həm İsrailin, həm də ABŞ-ın təhlükəsizlik yoxlamasından keçməlidirlər.

Amerikalı rəsmilərin sözlərinə görə, təklif edilən bu addımların bir çoxu İsraildə ciddi narazılıq doğurub.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti