Yanvarın 20-də Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” televiziya kanalına müsahibə verib.
Müsahibə zamanı dövlət başçısı regional və qlobal proseslər, Azərbaycanın iqtisadi inkişaf prioritetləri, beynəlxalq əməkdaşlıq və ölkəmizin mövqeyi ilə bağlı məsələlərə toxunub.
Həmin gün Prezident İlham Əliyev “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə də iştirak edib. Tədbir çərçivəsində müxtəlif ölkələri təmsil edən biznes dairələrinin nümayəndələri ilə görüşən dövlət başçısı onların suallarını cavablandırıb, Azərbaycanın investisiya imkanları, biznes mühiti və iqtisadi perspektivləri barədə ətraflı məlumat verib.















