Qiyamət Anbarı nədir? Norveçdə ümumdünya toxum anbarının sirli missiyası

Norveçin Şpitsbergen adasında yerləşən Ümumdünya Toxum Anbarı (“Qiyamət anbarı”) milyonlarla bitki toxumunu qlobal fəlakətlərdən qorumaq üçün necə saxlayır?

49

Planetimizdə dəbdəbəli saraylardan, tikintisi milyonlarla, milyardlarla dollara başa gələn tikililərdən daha əhəmiyyətli bir yer də mövcuddur, bura Norveçə məxsus Şpitsbergen adasında yerləşən Ümumdünya toxum anbarıdır. Başqa bir adla – “Qiyamət anbarı”…

Daimi donuşluq şəraitində olan, 120 metr dərinliyə və dəniz səviyyəsindən 130 metr hündürlüyə malik Lonqyir qəsəbəsində yerləşən bu bina, dünyada mövcud olan bütün növ bitkilərin toxumlarının saxlandığı anbardır. İqlim dəyişiklikləri, atom bombası və ya asteroid düşməsi şəraitində də bu anbarın təhlükəsiz qalacağı deyilir. Qeyd olunur ki, xarici amillərdən asılı olmayaraq, toxumlar burada yüz, hətta min illər boyu qala bilər. Burada 4.5 milyon növ toxum saxlanılır və hər bir ölkə üçün ayrıca bölmə var.

Obyekt şlüzlənmiş kameralar və partlayışa davamlı qapılarla təchiz olunub. Soyuducu sistemləri sıradan çıxsa belə, toxumlar bir neçə həftə 3 °C hərarətdə qala bilərlər.

Bitki toxumları  −18 °C temperaturda saxlanılır və burada heç bir qeyri-qanuni bitki toxumlarına rast gəlmək mümkün deyil. Yəni başqa bir yerdə saxlamayıbsızsa, ümumdünya fəlakəti zamanı burada marixuana toxumu tapa bilməyəcəksiz.