Tramp “JPMorgan Chase & Co.” bankını məhkəməyə verir

ABŞ Prezidenti Donald Tramp 6 yanvar hadisələrindən sonra "JPMorgan Chase" bankının ona xidmət verməyi dayandırdığı üçün bu maliyyə nəhənginə qarşı “debanking” iddiası ilə iki həftə içində məhkəmədə dava açacağını bildirib və bankın rəhbəri Ceymi Dimona dair çıxan xəbərləri təkzib edib.

286

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında etdiyi paylaşımda “JPMorgan Chase & Co.” bankına qarşı məhkəmədə iddia qaldıracağını açıqlayıb.

Tramp bildirib ki, bank 6 yanvar 2021-ci il tarixində Kapitoliyə hücumdan sonra ona banka xidməti göstərməyi dayandırıb və bu addımı “səhv və uyğunsuz” sayaraq növbəti iki həftə içində “debanking” (bank hesabını siyasi səbəblərlə bağlama) kimi iddia ilə məhkəməyə müraciət edəcək. Bu barədə “Anadolu Ajansı“na istinadən MSNews.az xəbər yayıb.

Eyni zamanda, Tramp “The Wall Street Journal”-da yayılan və “JPMorgan Chase” Baş direktoru Ceymi Dimona ABŞ Federal Ehtiyat Sisteminin (Fed) rəhbərliyi təklif edildiyi barədə xəbəri qəti şəkildə yalanlayıb və belə bir təklifin heç vaxt edilmədiyini bildirib.

Trump bu sərt bəyanatını 2021-ci il hadisələrinin “doğru olduğu” iddiasıyla əlaqələndirib və bankın davranışını siyasi ayrı-seçkilik kimi qiymətləndirib. JPMorganın bu iddialara necə cavab verəcəyi və məhkəmənin necə nəticələnəcəyi hələ müəyyən deyil.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.