2026-cı ilin ilk ticarət günlərində neft qiymətləri stabilləşib. 2025-ci ildə neft bazarı 2020-ci ildən bəri ən böyük illik zərəri göstərmişdi. – bu barədə “Reuters” xəbər verir.
“Brent” markalı neftin fyuçersləri hazırda barrel üzrə 60,81 ABŞ dolları, “West Texas Intermediate” (WTI) isə barrel üzrə 57,39 ABŞ dolları təşkil edir. Qeyd olunur ki, 2025-ci ildə hər iki marka illik olaraq təxminən 20% dəyər itirib, bu da ticarətçilərin bazarda təklifin çoxalacağına dair narahatlıqlarından qaynaqlanır.
Energetika analitiki Suvro Sarkar (DBS) bildirib ki, 2026-cı ildə neft qiymətləri barrel üzrə 60–65 ABŞ dolları diapazonunda dəyişə bilər.
Qiymətlərin artması həmçinin ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna lideri Volodimir Zelenski arasında aparılan danışıqlardan sonra müşahidə edilib. Bu zaman “Brent” fyuçersləri 61,27 ABŞ dolları, WTI isə 57,32 ABŞ dolları səviyyəsinə qalxıb.